Kremlin sözçüsü Dmitri Peskov, İranın nüvə probleminin siyasi və diplomatik üsullarla həll prosesinə töhfə verməyə hazır olduqlarını ifadə edərək, "Bunun üçün əlimizdən gələni etməyə hazırıq" dedi.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Peskov deyib ki, Rusiya və Çinin ABŞ və İran arasında mümkün razılaşmanın təminatçısı kimi rolu Vaşinqton və Tehran arasında danışıqlardan asılıdır.
Aytən Yaşar/ Turkustan.az