Bomj lotereyadan cekpot uddu, görün pulu nəyə xərclədi


ABŞ-ın Kaliforniya ştatında evsiz bir kişi içki mağazasından aldığı lotereya biletindən 1 milyon dollar udub.

Turkustan.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, kimliyi açıqlanmayan qalib bileti illərdir müştərisi olduğu mağazadan alıb.

"O, mağazaya girdi və dedi: "Aman Allah, bu həqiqətdir? Dostum, mən daha evsiz deyiləm!" Mən dedim ki, “Dostum, sən durnanı gözündən vurdun”-deyə, mağaza müdiri Wilson Samaan bildirib.

"The Guardian" xəbər verir ki, kişi əvvəlcə 100.000 dollar qazandığını düşünsə də, sonradan 1 milyon dollar qazandığı təsdiqlənib. Qalib mükafatın həyatını dəyişdirdiyini və o pulla özünə ev və avtomobil alacağını planlaşdırdığını söyləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ