İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun işğal etdiyi Qəzza zolağına səfər edib.
Turkustan.az xəbər verir ki, baş nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, Netanyahunun Qəzzanın şimalında işğal olunmuş ərazilərdə İsrail əsgərləri ilə görüşdüyü bildirilib. Gülləkeçirməz jilet və dəbilqə taxması ilə diqqət çəkən Netanyahunu müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Eyal Zamirin də müşayiət etdiyi bildirilib.
İsrail ordusunun pilotsuz təyyarələrinin səsləri ilə bağlı açıqlama verən Netanyahu: "Həmasa zərbələr endirməyə davam edəcəyik. Müharibənin bütün məqsədlərinə çatana və qalib gələnə qədər dayanmayacağıq”-deyə, bildirdi.
Aytən Yaşar/ Turkustan.az