Pentaqon işçiləri istefa verir - İDDİA


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) tərkibində Rəqəmsal Xidmət (DDS) departamentində çalışan bütün federal işçilərin may ayında kütləvi şəkildə istefa verəcəyi iddia edilib.

Turkustan.az xəbər verir ki, “The Hill” qəzetinin adı açıqlanmayan Pentaqonun əməkdaşına istinadən verdiyi məlumata görə, DDS əməkdaşları prezident Donald Tramp administrasiyasının federal qurumlardakı işçi qüvvəsini azaltmaq cəhdlərinə reaksiya veriblər.

Hesabatda bildirilirdi ki, nazirliyin DDS bölməsindəki bütün işçilər Tramp administrasiyasının işçi qüvvəsini azaltmaq üçün federal işçilərə etdiyi “təxirə salınmış istefa” təklifinə uyğun olaraq iş yerlərini kütləvi şəkildə tərk edəcəklər.

Xəbərdə Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynaya hərbi və humanitar yardımların çatdırılması üçün məlumat bazası hazırlayan və milli böhran dövründə sürətli texnoloji həllər istehsal edən DDS işçilərinin mayın 1-dən etibarən işlərindən ayrılacağı, 10 ildən artıqdır fəaliyyət göstərən xidmətin isə istefaların ardından bağlanacağı iddia edilib.

Bu təklif sentyabr ayına qədər ödənişli məzuniyyətdə olan işçilərin işdən çıxma prosesini asanlaşdırmaq məqsədi daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ