Ərdoğan Özələ qalib gəldi: Bu qədər pul alacaq


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ qarşı açılan məhkəmə işində qalib gəlib.

Turkustan.az xəbər verir ki, məhkəmənin qərarı ilə dəyən mənəvi zərərin təzminatı kimi Özəlin Ərdoğana 75 min türk lirəsi (2 min dollar) ödəməsinə qərar verilib.

Qeyd edək ki, Ərdoğanın qalib gəldiyi iş Özəlin 22 aprel 2022-ci ildə İstanbul Ədliyyə Binası qarşısında çıxış edərkən Türkiyə prezidentini hüquq sisteminin müstəqilliyini məhv etməkdə ittiham etdiyi açıqlama ilə bağlıdır./publika.az


MANŞET XƏBƏRLƏRİ