Rusiyaya irimiqyaslı hücuma hazırlıq: Tezliklə eşidəcəksiniz


Ukrayna kəşfiyyatı Rusiya ərazisində hərbi qüvvələrə planlaşdırılmış zərbələrə hazırlaşır, bu, rus ordusunda böyük itkilər gözlənilir.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölməsinin komandiri Denis Yaroslavski deyib.

Komandir Rusiyanın Sumı vilayətinə ballistik raketlərlə hücumundan sonra Ukrayna ordusunun Kurska endirdiyi zərbələr nəticəsində rus qüvvələrinin sıx toplaşma nöqtələrinin məhv edildiyini bildirib.

“Rusiya ordusu bu zərbələr nəticəsində ağır itkilər verdi. İndi də oxşar planlaşdırılmış zərbələr hazırlayırıq, bu barədə tezliklə eşidəcəksiniz”, - Yaroslavski vurğulayıb.

Ukraynalı komandir qeyd edib ki, Kurska zərbələr əvvəlcədən planlaşdırılmış cavabdır, gözlənilən yeni irimiqyaslı hücum da planlaşdırılan məqsədlərdən biridir. /teleqraf.az/


MANŞET XƏBƏRLƏRİ