İsrail hökuməti yaxın vaxtlara qədər körfəzdən hasil edilən qaz və nefti Hayfa limanına gətirib Avropaya daşımaq arzusunda idi.
Turkustan.az xəbər verir ki, Suriyadakı inqilabdan sonra İsrailin xəyalı puça çıxdı. Suriyada vətəndaş müharibəsinin bitməsi və yeni Dəməşq administrasiyası ilə Ankara arasında sıx əlaqələrin qurulması Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya nəqli layihəsini yenidən gündəmə gətirib.
Yediot Ahronot qəzetində Nadav Eyal tərəfindən hazırlanan "Türkiyə ilə İsrail arasında görünməmiş gərginliyin arxasında nə dayanır?" adlı məqalədə İsrail Suriya ilə bağlı “strategiyaya malik olmadığı” üçün tənqid edilib. “Türkiyə heç vaxt Suriya meydanını İsrailə buraxmayacaq” başlıqlı təhlildə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl gündəmdə olan Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya nəqli layihəsindən bəhs edilir.
Məqalədə Suriyada Türkiyəyə yaxın bir idarənin qurulması və sabitliyin təmin edilməsi ehtimalı da qiymətləndirilib.
Aytən Yaşar/ Turkustan.az