ABŞ prezidenti Donald Trampın aprelin 2-də açıqladığı ikitərəfli tariflər qlobal ticarət müharibəsi ilə bağlı narahatlıqları artırsa da, Çin yenidən ABŞ-dan qisas almağa gəlib.
Turkustan.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Çinin ABŞ-ın 145 faiz gömrük rüsumları tətbiq etmə qərarına cavab olaraq yerli hava yollarına Boeing təyyarələrinin alınmasını dayandırmaq göstərişi verdiyi bildirilir. Həmçinin vurğulanıb ki, Pekin administrasiyası Çin şirkətlərindən ABŞ istehsalı olan təyyarə hissələri və avadanlıqlarının alınmasını dayandırmağı xahiş edib.
Bildirilir ki, Çin hökuməti Boeing təyyarələrini icarəyə götürən və qərarın mənfi təsirini minimuma endirmək üçün daha yüksək xərclərlə üzləşəcəyi gözlənilən aviaşirkətlərə yardım göstərmə yollarını qiymətləndirir. Çinin ən böyük hava yolları olan Air China, China Eastern Airlines və China Southern Airlines-ın 2025-2027-ci illər arasında 45, 53 və 81 Boeing təyyarəsi almağı planlaşdırdığını xatırladan ekspertlər Çinin qərarının ABŞ-ın təyyarə istehsalçısının kommersiya göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini şərh ediblər. Mövzu ilə bağlı Boeing-dən rəsmi açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az