“Ruslar ermənilərə Şuşanı təslim etdi ki, Tehran danışıqları uğursuz olsun”


"İlk atəşkəs yaradılması missiyası İrana məxsus olub. Mən o dövrdə vasitəçi kimi Cənubi Qafqaz regionuna səfərlər etmişəm. Həm Ermənistanda, həm də Azərbaycansda olmuşam".

Turkustan.az xəbər verir ki, bunu Entekhab TV-yə müsahibəsində İranın veteran diplomatı Mahmud Vaezi deyib.

O əlavə edib: "Gürcüstana və Rusiya getmişəm. Hətta Qarabağda olmuş və onların qondarma rəsmləri lərlə görüşmüşm. Hər iki tərəf - Azərbaycan və Ermənistan vasitəçiliyimizə hörmətlə yanaşıb. Amma Rusiya bu missiyamıza o cür münasibət bəsləmirdi".

Mahmud Vaezi 1992-ci ildə Tehranda Azərbaycan Milli Məclisinin sədri, Prezident əvəzi Yaqub Məmmədov və Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında keçirilmiş görüşün nəticələrini xatırlayıb:

"Prezident Rəfsəncani o zaman hər iki ölkənin dövlət başçısını qəbul etdi. Amma 1992-ci ildə ruslar ermənilərə [Qarabağda] bir məntəqəni (Şuşa - red.) ələ keçirməyə kömək etdilər, nəticədə Tehranda Bakı-İrəvan atəşkəs danışıqları uğursuzluğa düçar oldu.

[Ruslar] boyunlarına almadılar, dedilər, bizlik deyil, separatçılara əmr Ermənistandan verilib". /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ