Trampdan ŞOK QƏRAR: Ölkədən çıxmaq istəyən miqrantlara pul və təyyarə bileti verəcək


ABŞ prezidenti Donald Tramp ölkəni könüllü tərk etməyi planlaşdıran qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istədiklərini bildirib.

Turkustan.az
xəbər verir ki, Amerikanın "Fox News"-un Noticias proqramına danışan Tramp immiqrasiya siyasəti ilə bağlı qiymətləndirmələr edib.

Tramp hazırda ölkədən “pis” immiqrantları deportasiya etməyə davam etdiklərini qeyd edib və ölkəni tərk etmək istəyən qeyri-qanuni immiqrantlar üçün proqram üzərində çalışdıqlarını açıqlayıb.

"Əgər onlar yaxşı olarsa və geri qayıtmalarını istəyiriksə, onları mümkün qədər tez geri qaytarmaq üçün birlikdə çalışacağıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ