Suriyanın sülhə qovuşmasına mane olanlar qarşısında bizi görəcək – Ərdoğan


Suriyanın daimi sülh və sabitliyə qovuşmasına mane olanlar qarşısında yalnız Suriya hökumətini deyil, Türkiyəni də görəcək.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriya 8 dekabr öncəsinə qayıtmayacaq. Bu tarixdən sonra ölkədə yeni bir dövr başlayıb. Suriya sabitlik qazandıqca, bütün bölgə xalqları bundan fayda görəcək”, – Ərdoğan bildirib.

O, eyni zamanda Türkiyənin bu prosesin uğurla davam etməsi üçün bütün imkanları ilə dəstək verəcəyini vurğulayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ