Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya-Ukrayna müharibəsində davamlı sülhə yalnız qəti addımlarla nail olmaq olar.
Turkustan.az xəbər verir ki, Zelenski Ukraynada olan NATO-nun baş katibi Mark Rutte ilə Odessada xəstəxanada müalicə alan yaralı əsgərlərə baş çəkib.
O, daha sonra NATO-nun baş katibi Rutte ilə birgə mətbuat konfransı keçirib və Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Rusiyanın müharibəni davam etdirməkdə qərarlı olduğunu müdafiə edən Zelenski: “Putin 35 gündür ABŞ-ın tam atəşkəs təklifinə məhəl qoymur. Avropa və Amerikada hava hücumundan müdafiə müqavilələrimizin həyata keçirilməsini gözləyirik. Moskvada olanlar Ukraynanın müharibədə tək qalmayacağını görməlidirlər. Qalıcı sülhə yalnız qətiyyətlə nail olmaq olar"-deyə, bildirib.
Zelenski Ukraynanın suveren dövlət olduğunu vurğulayıb və Rusiyanın işğal etdiyi bölgələri “Rusiya ərazisi” kimi tanımayacaqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az