ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İranla birbaşa danışıqlar prosesi ilə bağlı deyib: “İran nüvə zənginləşdirmə və silah proqramını dayandırmalı və aradan qaldırmalıdır”.
Turkustan.az xəbər verir ki, İranla birbaşa danışıqlar aparan Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoff X hesabından proseslə bağlı açıqlama verib.
Vitkoff açıqlamasında "İranla hər hansı razılaşma yalnız Tramp razılaşması olduqda tamamlana bilər" deyib. “İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifah üçün çərçivə yaratmalıdır, yəni İran nüvə zənginləşdirmə və silah proqramını dayandırmalı və aradan qaldırmalıdır”.
İranla mümkün razılaşmanın “dünya üçün ədalətli bir razılaşma” olması lazım olduğunu qeyd edən Vitkoff bunun Trampın ona verdiyi tapşırıq olduğunu bildirib.
Vitkoffun bəyanatı “ABŞ İranın nüvə proqramını dayandıracağını gözləmir” kimi şərh edilib.
Aytən Yaşar/ Turkustan.az