Xamenei ABŞ-la danışıqlara dair bəyanat yaydı


İran lideri Ayətullah Əli Xamenei bəyan edib ki, ölkənin problemlərinin həlli ABŞ-la danışıqlara bağlanmamalıdır.

Turkustan.az xəbər verir ki, Xamenei paytaxt Tehrandakı iqamətgahında yüksək səviyyəli rəsmiləri qəbul etdiyi toplantıda çıxış edib.

ABŞ-la danışıqlarla bağlı ilk açıqlamasını verən Xamenei: "ABŞ ilə danışıqlar Xarici İşlər Nazirliyinin çoxsaylı diplomatik səylərindən sadəcə biridir. Ölkənin problemləri bu danışıqlardan asılı olmamalıdır, Berjamdakı səhvlər (2015-ci ildə imzalanan və ABŞ-ın 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxdığı nüvə sazişi) təkrarlanmamalıdır"-deyə, bildirdi.

"Danışıqlar bir nəticəyə gələ bilər də, olmaya da bilər. Biz bu danışıqlara nə çox optimist, nə də çox bədbin yanaşırıq, lakin qarşı tərəfə çox bədbin yanaşırıq"-deyə, Xamenei bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ