Makron: Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır


Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya telefonla "Qəzzada dinc əhalinin iztirablarına son qoyulmalıdır" deyib.

Turkustan.az xəbər verir ki, Makron X hesabında verdiyi açıqlamada Netanyahu ilə telefonla danışdığını bildirib.

Netanyahuya İsrailin və israillilərin təhlükəsizliyini dəstəklədiyini söyləyən Makron: “Həmasın tərksilah edilməsi bütün girovların azad edilməsi kimi əsas prioritetdir” dedi.

Məhbusların azad edilməsi üçün atəşkəsin yeganə variant olduğunun bildirildiyini deyən Makron, Qəzza zolağına humanitar yardım üçün bütün keçid məntəqələrinin açılmasının Qəzzalı vətəndaşlar üçün həyati əhəmiyyət daşıdığına diqqət çəkib.

O, bölgədə təcili sülhə ehtiyac olduğunu vurğulayıb.

İkitərəfli telefon danışığı İsrail baş nazirinin oğlu Yair Netanyahunun Fransa prezidentini təhqir etməsindən sonra baş tutub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ