ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Dövlət Departamentinin İsrailə 180 milyon dollar dəyərində "Eitan Powerpack" mühərriklərinin satışına icazə verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, pentaqonun bəyanatında deyilir ki, “İsrailin müdafiə qabiliyyətinin inkişafı ABŞ-ın milli maraqları üçün vacibdir”.
Bu çərçivədə bəyanatda Xarici İşlər Nazirliyinin Eitan Powerpack mühərrikləri və əlaqədar avadanlıqların İsrailə satışını təsdiqlədiyi və satışın təxminən 180 milyon dollar dəyərində olduğu ifadə edildi.
Açıqlamada bildirilib ki, layihənin icrasına Rolls-Royce Solutions şirkəti cavabdeh olacaq.
Məlumdur ki, İsrail Qəzzaya hücumlar üçün Amerikanın Oşkoş, İsrail Elbiti və Alman MTU-nun birgə istehsalı olan “Eitan” zirehli döyüş maşınlarından istifadə edir.
Aytən Yaşar/ Turkustan.az