Vladimir Putin müharibəyə son qoymaq üçün danışıqlardan sonra Ukrayna ilə daimi sülh sazişinə hazırdır.
Turkustan.az Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff bildirib.
O, sülh sazişinin hazırlandığını və Putinin iki əsas müşaviri Yuri Uşakov və Kirill Dmitriyevin vacib görüşdə iştirak etdiyini deyib:
"Putinin tələbi burada daimi sülhün bərqərar olmasına nail olmaqdır. Beləliklə, atəşkəsdən başqa, bu suala cavabımız var. Bu nəticəyə yetişmək üçün bizə bir qədər vaxt lazımdır. Məncə, bütövlükdə dünya üçün çox, çox vacib olacaq bir şeyin astanasındayıq".
Xüsusi elçi əlavə edib ki, Rusiya ilə ABŞ arasında işgüzar sövdələşmələr də danışıqların tərkib hissəsidir:
“Çox cəlbedici kommersiya imkanları vasitəsilə Rusiya-Amerika münasibətlərini dəyişmək imkanı var, məncə, bu da regionda real sabitliyi təmin edəcək”. /yenisabah.az/