İran ABŞ-la danışıqların ikinci raundunun Omanda keçirilməsinə qərar verildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi rəsmi xəbər agentliyi İRNA-ya bildirib ki, "Məsləhətləşmələr nəticəsində Şənbə günü, aprelin 20-də keçiriləcək danışıqların ikinci raundunun Maskatın ev sahibliyi etməyə davam etməsi qərara alınıb".
2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb.
İran Oman vasitəsilə məktuba cavab verib. Məktub trafikindən sonra İran və ABŞ aprelin 12-də Omanda dolayı danışıqlar aparıblar.
Aytən Yaşar/ Turkustan.az