40 milyardlıq plan iflas oldu: Bu ölkələr təcili toplanacaq – Detallar


Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaja Kallasın Kiyevə hərbi yardım üçün 40 milyard avroluq fond yaratmaq planı uğursuz olub.

Turkustan.az xəbər verir ki, bu barədə “Publico” nəşri məlumat yayıb.

Bildirilib ki, bundan sonra Kallas geri çəkilmək məcburiyyətində qalıb.

“İspaniya, İtaliya və Fransa onun təşəbbüsünə qarşı çıxıb. Aİ diplomatiyasının rəhbəri planının baş tutmayacağına dair sübutlarla üzləşib. Kallas Ukraynaya cəmi beş milyard avro dəyərində iki milyon mərmi göndərməyi təklif edib. Bu vəsaitlərin Aİ-yə üzv dövlətlərin könüllü töhfələri hesabına toplanması gözlənilir”, – deyə nəşr yazıb.

Qeyd olunur ki, yaxın vaxtlarda Xarici Əlaqələr Şurasının iclası keçiriləcək və Avropa ölkələrinin Ukrayna ilə bağlı həmrəyliyi məsələsi müzakirə obyektidir:

“Bəzilərinin həmrəylik nümayiş etdirməməsi istiqamətində narahatlıqlar var. Bunun görüşün əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Ehtimal ki, mühüm qərarlar olmayacaq”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ