ABŞ prezidenti Donald Tramp deyib ki, o, tezliklə Ukraynada nizamlanma üçün “çox yaxşı təkliflər” gözləyir.
Turkustan.az xəbər verir ki, o, bu barədə Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə bildirib.
"Və mənim edə biləcəyim tək şey bunu dayandırmağa çalışmaqdır. Mənim etmək istədiyim tək şey budur. İnsanların ölməsini dayandırmaq istəyirəm və düşünürəm ki, biz buna nail olduq. Düşünürəm ki, tezliklə çox yaxşı təkliflər gələcək”-deyə, Tramp əlavə edib.
Aytən Yaşar/ Turkustan.az