TASS: Suriya səfiri indi Dəməşqə qayıtmağı planlaşdırmır


Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri hazırda Dəməşqə qayıtmağı planlaşdırmır, onun Rusiyadan sığınacaq istəməsinə baxılacaq.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.

"Suriya səfirinin sığınacaq istəyinə baxılacaq, o, hazırda Dəməşqə qayıtmağı planlaşdırmır"-deyə, agentliyin mənbəsi bildirib.

Daha əvvəl TASS mənbəsi Cəfərinin Rusiyadan sığınacaq istəməsi barədə məlumat vermişdi .

Bundan əvvəl məlum olub ki, diplomat Dəməşqə geri çağırılması və Suriyanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi barədə məlumatlandırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ