Tramp təhdid etdi: Bu xəyalınızdan əl çəkməsəniz, nəticəsi ağır olacaq!


ABŞ prezidenti Tramp Ağ Evdə Salvador prezidenti Bukele ilə görüşüb. Sammitdən sonra Tramp diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, İranla nüvə silahı mübahisəsindən danışan növbəti dəfə İranı hədələyib. Tramp: " İranın zəngin və böyük ölkə olmasını istəyirəm, amma bir şey, çox sadə bir şey, onların nüvə silahı ola bilməz. İran bu arzusundan əl çəkməlidir, yoxsa sərt cavabla qarşılaşacaqlar. İran problemini həll edəcəm".

Tramp davam etdi: "İran bizimlə razılaşmaq istəyir, amma necə olacağını bilmirlər. Nəticə odur ki, İran heç vaxt nüvə silahına sahib ola bilməz. Gələn şənbə günü başqa görüşümüz var. Dedim ki, bu çox uzundur. Düşünürəm ki, onlar bizi dayandırırlar, çünki onlar bu ölkədə axmaq insanlarla məşğul olmağa çox öyrəşiblər. Biz böyük bir ölkəyik, amma bu xalqın bizimlə nəyi idarə etməli olduğunu heç vaxt unutmalı idik. Onların etdikləri günah idi”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ