Zelenski Trampı Ukraynaya dəvət etdi: Gəlin, hər şeyi özünüz görün!


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı “sülh planı” ilə bağlı qərar qəbul etməzdən əvvəl ölkəsinə səfər etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Zelenski CBS News-un “60 Dəqiqə” proqramındakı çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Rusiya ordusunun Ukraynaya hava zərbələrini davam etdirdiyini qeyd edən Zelenski ABŞ prezidenti Trampı ölkəsinə səfərə və hücumun nəticələrini görməyə dəvət edib.

Trampın Ukraynaya gəlməsi lazım olduğunu qeyd edən Zelenski sözlərini belə davam etdirib:

"Gəlin, baxın, sonra müharibəni necə bitirmək planı ilə irəliləyək. Kiminlə məşğul olduğunuzu, Putinin nə etdiyini başa düşəcəksiniz.

Ancaq lütfən, hər hansı qərar qəbul etməzdən əvvəl, danışıqlar üçün hər hansı plan qurmazdan əvvəl gəlin və məhv edilən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”.

Rusiyanın müharibəni davam etdirmək istədiyini və bütün dünyanın təhlükədə olduğunu müdafiə edən Zelenski: "Putinin son məqsədi Rusiya İmperiyasını bərpa etmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, bunun dünya müharibəsinə çevrilə biləcəyinə inanıram" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ