Bülent Ersoyun var-dövlətini eşidənlər şoka düşür


Türk klassik musiqisinin ən önəmli adlarından biri olan Bülent Ersoy dəbdəbəli həyat tərzi və dəyərli sərmayələri, eləcə də uzunmüddətli karyerası ilə gündəm yaratmağa davam edir.

Turkustan.az xəbər verir ki, sənətçi təkcə səhnədəki uğurları ilə deyil, Türkiyənin müxtəlif bölgələrindəki mülkləri ilə də diqqət çəkir.

Bülent Ersoyun İstanbuldakı müxtəlif mənzilləri və villaları ilə yanaşı ,Bodrum, Marmaris və Antalyadakı lüks villalar onun əsas daşınmaz əmlakı arasındadır. Ersoyun Fənərbaxça rayonunda fəaliyyət göstərdiyi sauna və Muğladakı yanacaqdoldurma məntəqəsi onun digər biznes sərmayələri arasındadır. O, həmçinin 30 metrlik yaxta və müxtəlif tikinti texnikası kimi portativ aktivlərə malikdir. Bu aktivləri icarəyə verməklə mühüm gəlir mənbəyi yaradır.

İctimaiyyətə əks olunan məlumatlara görə, Bülənt Ersoyun sahib olduğu varlıqlar bunlardır:

İstanbulda 28 mənzil və 4 ultra lüks villa

Muğla Bodrum, Antalya və Marmarisdə villalar

İstanbul Fənərbaxçada sauna

Antalya Fethiye yanacaqdoldurma məntəqəsi

30 metrlik lüks yaxta

Kranlar və dozerlər icarəyə verilir

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ