Ərdoğanla Trampın görüşü 2 ölkəni təşvişə saldı


Keçən ayın əvvəlində ABŞ mediası ABŞ prezidenti Donald Trampın Türkiyəyə F-35-lərin satışına müsbət yanaşdığını yazmışdı.

Turkustan.az xəbər verir ki, Amerikanın Fox News kanalında yer alan xəbərə görə, Tramp prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi və F-35 qırıcılarının satışına yenidən başlamağı düşünür.

Bu iddia gündəmə bomba kimi düşüb. Günlərdir Yunan mediası CAATSA sanksiyalarının ləğvi və F-35 satışının təsdiqlənməsi ilə bağlı iddiaları gündəmə gətirib və prosesin necə işləyəcəyini yazıb. İsrailin baş naziri Binyamin Netanyahu Türkiyəyə F-35-lərin satışını əngəlləmək üçün ən yaxın müttəfiqi ABŞ-ın qapısını döyüb. İsrail mediası Netanyahunun ABŞ dövlət katibi Marko Rubioya təzyiq etdiyini iddia edir.

Almaniyanın “Frankfurter Rundschau” qəzeti də bu gün Trampın Türkiyəyə F-35 sata biləcəyini və bu vəziyyətin İsraildə təşviş yaratdığını yazıb. Qəzet: "Amerika prezidenti Türkiyəni yenidən F-35 proqramına daxil etmək və təyyarələri təhvil vermək istəyir. Bu məqsədlə komandasından Türkiyəyə qarşı sanksiyaların həm hüquqi, həm də texniki baxımdan necə qaldırılacağı ilə bağlı araşdırma aparmasını istəyib" xəbərini verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ