ABŞ ordusu ilk dəfə bu ölkəni vurdu


ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşdığı mesajda ABŞ ordusunun onun göstərişi ilə Somaliyə zərbələr endirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, “Terrorçuların gizlənmək vaxtıdır” deyən Tramp, dünyanın ən yaxşı ABŞ əsgərlərinin onları tapıb hərəkətə keçəcəyini qeyd edib.

Tramp ABŞ əsgərlərinin İŞİD-i 3 həftədən az müddətdə məhv etdiyini iddia edərək, terrorçu ünsürləri məhv etmək üçün ABŞ əsgərlərini yenidən təyin etdiyini bildirib.

Bildirək ki, ABŞ ordusu Somali hücumlarından əvvəl Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Yəmənin Səhiyyə Nazirliyi ABŞ hərbçilərinin paytaxt Sənanın qərbindəki Bəni Mətar bölgəsində həyata keçirdiyi hücumlarda 5 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ