Özəl İmamoğlunun yolunu kəsir? Onun son açıqlaması müzakirələr yaratdı


Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində həbs edildikdən sonra ən maraqlı məsələlərdən biri də CHP-nin prezidentliyə namizədinin kim olacağıdır.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı daha əvvəl açıqlama verən Özəl: “Əkrəm İmamoğlunun namizədliyini irəli sürəcəyik, amma bacarmasa, onun adına kimsə seçkiləri qazanacaq” deyərək, özünün də namizəd ola biləcəyinə işarə etmişdi.

Bu açıqlamanın əks-sədaları davam edərkən, Özəldən namizədliyi ilə bağlı daha bir təəccüblü açıqlama gəldi. “Əgər Əkrəm bəy içəridə olsa, ən çox səs toplayan namizəd olacaq” deyən Özəl: “Hörmətli Əkrəm gələndən sonra o adam da başqa vəzifəyə keçəcək” dedi. Bununla belə, Özgür Özəl tərəfindən qeyd edilən “İmamoğlu həbsdən çıxanda vəzifəyə keçəcək” formulunun mövcud Prezident Hökümət Sistemində hüquqi qarşılığının olmadığı və belə bir sistemin konstitusiyada yer almadığı bildirilir. Mövcud sistemə görə, prezidenti birbaşa xalq seçir və istefadan başqa hakimiyyətin ötürülməsi yoxdur.

Özəl-in bu açıqlamaları bəzi dairələr tərəfindən İmamoğlunun cəzalandırılacağı və seçkilərə qədər həbsdə qalacağı gözləntisinin qəbulu kimi şərh edilib. CHP-nin əsasını İmamoğlunun namizəd olmayacağı fikrinə hazırlayan Özəlin növbəti dəfə “CHP-nin prezidentliyə namizədi CHP sədri olmalıdır” deyərək kampaniyaya başlaya biləcəyi deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ