ABŞ, Çin və Rusiya ilk 3-lükdə belə deyil! Dünyanın ən böyük ordusu buradadır


Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) 2025-ci il üzrə son hesabatına əsasən, dünyada ən çox orduya malik olan ölkələr açıqlanıb.

Turkustan.az xəbər verir ki, siyahı təkcə onların sayı baxımından deyil, həm də bu orduların strateji əhəmiyyəti və hərbi imkanları baxımından diqqətəlayiq məlumatlar verir.

Siyahıya 7,5 milyon əsgərlə Şimali Koreya başçılıq edir. Onu 6,6 milyon əsgərlə Cənubi Koreya və 5,4 milyon əsgərlə Vyetnam izləyir. Bu ölkələri müvafiq olaraq Hindistan (4,2 milyon), Rusiya (3,2 milyon) və Çin (3,04 milyon) izləyib. Türkiyə 894 min 700 əsgərlə siyahıda 13-cü yerdə qərarlaşıb. Regional güc olma iddiasını davam etdirən Türkiyə bu sıralama ilə dünyanın ən böyük ordularından biri olaraq önə çıxır.

Siyahıda diqqət çəkən başqa bir detal isə dünyanın ən böyük hərbi büdcəsinə malik ölkə olan ABŞ-ın cəmi 2,1 milyon əsgərlə 9-cu yerdə olmasıdır. Bu vəziyyət həm də müasir müharibə anlayışında əsgər sayından çox texnoloji üstünlük və peşəkar qüvvələrin ön plana çıxdığını ortaya qoyur.

DÜNYANIN ƏN BÖYÜK ORDULARI BURADA
PORTuqaliya | Əsgərlərin ümumi sayı: 263 MİN 650
FINLANDIYA | 268 MİN 850
SƏUDİYA ƏRƏBİSTANI | 281 MİN 500
ERITREA | 301 MİN 750
SİNQAPUR | 310 MİN 900
YAPON | 317 MİN 850
FRANSA | 335 MİN 600
PERU | 346 MİN
VENESUELA | 351 MİN
İTALYA | 354 MİN 950
FİLİPİN | 357 MİN 950
ŞRİ LANKA | 362 MİN 500
AZƏRBAYCAN | 383 MİN 200
MƏRAKKO | 395 MİN 800
İRAK | 423 MİN
YUNANISTAN | 428 MİN 400
MALAYZİYA | 431 MİN 800
BELARUS | 444 MİN 850
ƏLCAZİR | 467 MİN 200
KOLUMBİYA | 469 MİN
EFIOPİYA | 503 MİN
MEKSİKO | 505 MİN 400
İSRAİL | 642 MİN 500
TAYLAND | 699 MİN 550
Türkiyə | 894 MİN 700
UKRAYNA | 990 MİN
İRAN | 1 MİLYON
İNDONEZİYA | 1.09 MİLYON
KUBA | 1.2 MİLYON
MISIR | 1.3 MİLYON
PAKİSTAN | 1.5 MİLYON
TAYVAN | 1.8 MİLYON
ABŞ | 2.1 MİLYON
BRAZİLİYA | 2.1 MİLYON
ÇİN | 3.04 MİLYON
RUSİYA | 3.2 MİLYON
HİNDİSTAN | 4,2 MİLYON
Vyetnam | 5.4 MİLYON
CƏNİ KOREYA | 6,6 MİLYON
ŞIMALI KOREYA | 7.5 MİLYON

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ