Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı - FOTO


Üç dostu ilə birlikdə Türkiyə-Ermənistan sərhədini keçməyə cəhd edən İsmayıl Ədirin itkin düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə TGRT Haber məlumat yayıb. Bildirilir ki, İğdırda axtarış əməliyyatı başlayıb.

İsmayılla əlaqə saxlaya bilməyən dostları hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər 28 yaşlı gəncin axtarışı üçün əməliyyat-axtarış tədbirləri həyata keçirib.

İsmayılın sərhədi keçərkən Araz çayına düşdüyü ehtimal edilir. Hazırda çayda və onun ətrafında axtarış aparılır.\publika.az


MANŞET XƏBƏRLƏRİ