Rusiya daha bir şəhərə kütləvi hücuma keçdi


Rusiya bu gün “Şahid" PUA-ları ilə Odessaya hücum edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

Bildirilib ki, hücum yerli vaxtla saat 22:11-də başlayıb.

Şəhərin meri Gennadi Truxanov silsilə partlayışlar barədə yazıb, insanları təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Qeyd edək ki, bu gün Rusiyanın Suma endirdiyi zərbə nəticəsində, son məlumata görə, ən azı 34 mülki şəxs ölüb, 117 nəfər yaralanıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ