Son dövrlər müşahidə olunan proseslər Üçüncü Dünya müharibəsi ehtimallarını artırıb.
Turkustan.az xəbər verir ki, mümkün savaş zamanı təhlükəsiz ola biləcək üç ölkənin siyahısı açıqlanıb.
Bəzi yerlərin coğrafi mövqeyi, neytral siyasəti və stratejik əhəmiyyətinin aşağı olması əsas faktor kimi qeyd edilib.
Belə ki, siyahıda İsveçrə, İslandiya, Yeni Zelandiyanın adı yer alıb.
İsveçrə – Avropanın ortasında yerləşməsinə baxmayaraq, müharibələrdən uzaq qalmağı bacarıb. Alp dağları ilə əhatələnməsi onu müdafiə məsələsində gücləndirir. Həmçinin ölkənin nüvə sığınacaqları, güclü iqtisadiyyatı və tərəfsiz siyasəti böhranlara davamını artırır.
İslansiya – Nə sərhəd qonşuları var, nə də böyük ordusu. Avropa və ABŞ-dan uzaq mövqeyi stratejik baxımdan əhəmiyyətsiz ölkə olmasına şərait yaradır. NATO üzvü olsa da, hərbi gücü zəifdir. Ona görə də müharibə riski aşağıdır.
Yeni Zelandiya – Coğrafi izolasiyası sayəsində qlobal toqquşmalardan təsirlənmə ehtimalı azdır. /globalinfo.az/