ABŞ yeni rüsumlardan gündə 2-3 milyard dollar əldə edir - Tramp


Yeni idxal rüsumları ABŞ-a gündə 2-3 milyard dollar gəlir gətirir.

Turkustan.az xarici agentliklərə istinadən xəbər verir ki, bunu prezident Donald Tramp jurnalistlərə öz təyyarəsində deyib.

Onun sözlərinə görə, rüsumlarla bağlı vəziyyət əladır: "Tariflərlə bağlı vəziyyət çox yaxşıdır. İnflyasiya aşağı düşür. Amerikalıların pulu daha çox, ölkənin pulu daha çoxdur. Biz son bir neçə həftə ərzində gündə 2-3 milyard dollar əldə edirik". /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ