Tramp Baydenin Rusiyaya sanksiya qərarını daha bir il uzatdı


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı 2021-ci ilin aprelində Co Bayden tərəfindən Rusiya hökumətinin bədxah xarici fəaliyyətinə görə tətbiq edilən və Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra 2022-ci ilin martında genişləndirilən sanksiyaların daha bir il müddətinə uzadılması haqqında sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, müvafiq sənəd aprelin 10-da ABŞ-ın Federal Reyestrində dərc olunub .

Qeyd olunur ki, ABŞ prezidenti 2021-ci il aprelin 15-də 14024 saylı sərəncamla milli fövqəladə vəziyyət elan edib və bu sərəncam çərçivəsində Rusiya Federasiyası hökumətinin bədxah xarici fəaliyyətinə görə ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhlükə yaradan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq oluna bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ