Səudiyyə Ərəbistanı qərar verdi: Ancaq bu şəxslər həccə gedə biləcək


Səudiyyə Ərəbistanı “qanunsuz həcc” ziyarətlərinin qarşısının alınması tədbirləri çərçivəsində aprelin 29-dan etibarən Həcc vizaları istisna olmaqla, bütün növ viza sahiblərinin Məkkəyə daxil olmasına və orada qalmasına icazə verilməyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, Həcc vizası sahibləri istisna olmaqla, bütün növ viza sahiblərinin 1 Zülqədə 1446 (29 aprel 2025) tarixindən etibarən Məkkə şəhərinə giriş və ya çıxışına icazə verilməyəcəyi" qərara alınıb.

Açıqlamada ümrə namazını qılacaq şəxslərin Səudiyyə Ərəbistanına daxil olmaq üçün son tarixinin 13 aprel, çıxış üçün son günün isə 29 aprel olacağı bildirilib.

Ümrə vizalarının verilməsinin iyunun 10-dək dayandırılacağı bildirilən açıqlamada, “Müqəddəs paytaxta (Məkkəyə) daxil olmaq üçün iş icazəsi, Müqəddəs Paytaxt İdarəsi tərəfindən verilmiş yaşayış icazəsi və ya etibarlı Həcc vizasının olması lazımdır.

Səudiyyə Ərəbistanı 2024-cü ilin həcc mövsümündə dini vəzifələrini icazəsiz yerinə yetirmək üçün Məkkəyə gizli şəkildə çoxlu sayda insanın daxil olması səbəbindən infrastruktur və səhiyyə xidmətlərinə təzyiq artdığı üçün "qanunsuz ziyarətlərin" qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ