Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək üçün Misirə danışıqlar heyəti göndərdiyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, müvafiq bəyanat radikalların Telegram-kanalında dərc olunub.
“Qəzzadakı hərəkatın lideri Xəlil əl-Heyanın başçılıq etdiyi Həmas nümayəndə heyəti Misir tərəfinin dəvəti ilə bu gün Qahirəyə yola düşüb”-deyə, məlumatda deyilir.
Radikallar əlavə ediblər ki, hərəkat nümayəndələrinin Qahirədəki məsləhətləşmələr zamanı “Misir və Qətərdən olan danışıqlarçılarla atəşkəs razılaşmasının əldə olunmasını” müzakirə edəcəkləri gözlənilir. HƏMAS bildirib ki, Qəzzada uzunmüddətli atəşkəs, İsrail ordusunun oradan tamamilə çıxarılması və israilli girovların fələstinli məhbuslarla mübadilə edilməsinə dair ciddi razılaşma daxil olmaqla istənilən təklifə müsbət baxmağa hazırdır.
Aytən Yaşar/ Turkustan.az