Tarix boyu irland xalqı ingilis monarxlarından çox zülmlər çəkiblər. İrland xalqının azadlıq mübarizəsini qanla boğublar. Orta əsrlərdə İrlandiyada baş verən "kartof qripi" nəticəsində minlərlə irland acından ölüb və kral ailəsi bir dəfə də onlara yardım etməyib.
Turkustan.az xəbər verir ki. bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
Onun sözlərinə görə, irlandlar Amerika, Avstraliya və Yeni Zelandiyaya sürgün ediliblər və o dövrdə yer üzünün cəhənnəmi adlanan bu yerlərdə yüzlərlə irland yerli xalqların qurbanı olub:
“Hətta 1920-ci illərdə ingilislər əlləri cibində gəzən hər bir irlandlını öldürmək hüququna malik idi.
Bundan irəli gələrək bu gün dünyada nüfuz qazanan irland əsilli idmançılar, aktyorlar, alimlər, ictimai xadimlər və digərləri ingilis monarx ailəsinin üzvü ilə görüşən zaman əllərini ciblərinə qoyurlar. Bununla onlar tarixlərində xalqlarının başına gələnləri unutmadıqları mesajı verməklə sanki deyirlər:
- Mən bilirəm ki, sən mən xalqıma nə etmisən!
Tarixini unutmayan xalqın tarixin sonuna qədər yaşamaq haqqı var”./kult.az