ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Böyük Britaniyada çıxan “The Times” qəzetinə müsahibə verib.
Turkustan.az xəbər verir ki, “Ukrayna müharibədən sonrakı Berlin kimi parçalana bilərdi” başlığı ilə yayımlanan xəbərdə Kelloqun İkinci Dünya Müharibəsi də yer alırdı. Onun İkinci Dünya Müharibəsindən sonra Almaniyanın paytaxtı Berlində olduğu kimi Ukraynanı da müharibə bitdikdən sonra “nəzarət zonalarına” bölməyi təklif etdiyi bildirilir. "Bunu İkinci Dünya Müharibəsindən sonra Berlində baş verənlərlə müqayisə edə bilərsiniz. Orada rus, fransız, ingilis və ABŞ zonası var idi", - o deyib.
Kelloq bildirib ki, Britaniya və Fransa qoşunları Ukraynanın qərbindəki nəzarət bölgələrinə yerləşdirilə və döyüş əməliyyatlarının bərpasının qarşısını almaq üçün “zəmanət qüvvəsi” yarada bilərlər. O, Rusiyanın ölkənin şərqinə nəzarət edə biləcəyini bildirən nümayəndə Ukrayna qüvvələrinin Avropa və Rusiya qoşunları arasında yerləşdirilə biləcəyini və mövcud nəzarət xətləri boyunca hərbsizləşdirilmiş zonanın yaradıla biləcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az