ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk tibbi müayinədən keçib. İmtahan zamanı koqnitiv testdən də keçən Tramp: “Bütün cavabları düzgün aldım, zəka testindən keçdim” deyib.
Turkustan.az xəbər verir ki, Tramp Uolter Rid Milli Hərbi Tibb Mərkəzində dörd saatlıq müayinədən keçib. Tramp hazırkı prezidentliyinin ilk tibbi imtahanının sonunda koqnitiv testdən keçdiyini bildirib. Prezidentin səhhəti ilə bağlı son müfəssəl hesabat 2018-ci ildə dərc edilib.O, ABŞ seçkilərindən əvvəl yazmışdı ki, yeni məlumatların olmaması tibb mütəxəssislərini narahat edir, çünki Trampın yaşında olan insanların səhhətində ciddi problemlər yarana bilər. Mütəxəssislər bunlar arasında ürək xəstəliyi riskini və yaşla əlaqədar idrak qabiliyyətinin zəifləməsini qeyd ediblər.
Bununla belə, Tramp keçirdiyi son sınaqda müvəffəqiyyətli olduğunu vurğulayaraq, edilən testlər arasında koqnitiv müayinənin olduğunu və yaxın günlərdə həkimlərinin nəticələrlə bağlı hesabat təqdim edəcəklərini bildirib.
"Mən koqnitiv testdən keçdim. Bütün cavabları düzgün aldığımdan başqa sizə nə deyəcəyimi bilmirəm. Ürəklə bağlı bir çox müxtəlif testlərdən keçdim"-deyə, Tramp bildirib. Ağ Evin mətbuat katibi Caroline Leavitt son fiziki testin nəticələrinin ən qısa zamanda açıqlanacağını söyləyib.
Aytən Yaşar/ Turkustan.az