İran-ABŞ danışıqları başa çatdı: Razılığa gəldilər


İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqların birinci raundu başa çatdıqdan sonra tərəflər gələn həftə yenidən görüşmək barədə razılığa gəliblər.

Turkustan.az
xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların birinci raundu başa çatıb.

İranın xarici işlər naziri Abbas Erakçi ilə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun başçılıq etdiyi nümayəndə heyətləri arasında dolayı danışıqlar “qarşılıqlı hörmətə əsaslanan konstruktiv atmosferdə” keçib.

Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.

İranın danışıqlar qrupunun adı açıqlanmayan rəsmisi İranın yarı rəsmi Tasnim xəbər agentliyinə deyib: "İran və ABŞ arasında danışıqların atmosferi müsbətdir".

Tərəflər arasında mesaj mübadiləsinin hələ də davam etdiyini bildirən rəsmi, danışıqlar hələ bitməyib və davam etsə də, danışıqların sabaha qədər təxirə salınmasının mümkün olmadığını düşünürəm, deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ