ABŞ-da Ağ Evdə prezident Donald Trampa sui-qəsd cəhdini əks etdirən rəsm keçmiş prezident Barak Obamanın rəsmi portretlərindən birinin yerinə asılıb.
Turkustan.az xəbər verir ki, Ağ Evin rəsmi sosial media hesabında Trampa qarşı sui-qəsd cəhdini əks etdirən rəsmin görüntüləri paylaşılıb.
Postda deyilir: "Ağ Evdə yeni sənət əsərləri var".
Yeni rəsm keçmiş prezident Obamanın rəsmi portretlərindən birini əvəz edir, Obamanın portretinin isə Ağ Evin başqa hissəsinə köçürüldüyü bildirilir.
Yeni asılan rəsmdə Trampın 13 iyul 2024-cü ildə sui-qəsd cəhdindən dərhal sonra yumruğunu havaya qaldırması təsvir edilib.
Aytən Yaşar/ Turkustan.az