Rusiya və Türkiyə nümayəndə heyətləri arasında Antalyada keçirilən danışıqların əsas mövzularından biri enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri olub.
Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Bundan başqa, işgüzar görüş zamanı Qara dənizdə gəmiçiliyin normallaşdırılması və Ukraynadakı münaqişənin həlli ilə bağlı problemlər müzakirə olunub", - agentliyin həmsöhbəti qeyd edib. O əlavə edib ki, danışıqların digər mövzusu Qəzza zolağı və Suriyadakı geosiyasi vəziyyət olub.
Daha əvvəl xəbər verildiyi kimi, ikitərəfli danışıqlarda Rusiya və Türkiyə xarici işlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Hakan Fidan iştirak ediblər. Görüş Antalya Diplomatik Forumu çərçivəsində baş tutub./publika.az