Rusiya və ABŞ arasında davam edən danışıqlar prosesi effektiv şəkildə irəliləyir və Amerika sanksiyalarının ləğvinə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Antalya Diplomatik Forumunda (ADF2025) iştirak edən amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
"Düşünürəm ki, ABŞ və Rusiya arasında davam edən danışıqlar çox məhsuldar ola bilər. Ümid var, mütləq ümid var. Düşünürəm ki, işlər ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının faktiki olaraq ləğvi istiqamətində düzgün istiqamətdə gedir"-Saks deyib.
O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı siyasətindən Rusiya üçün böyük risk görmür. "Trampın qondarma tarif müharibələri Rusiya üçün böyük problem olmayacaq. Çünki bunun Rusiyaya birbaşa və güclü təsiri olmayacaq"-deyə, iqtisadçı əlavə edib.
Aytən Yaşar/ Turkustan.az