Böyük Britaniyanın Qərargah rəisi, ölkənin ali hərbi komandanı, admiral Toni Radakin bu həftə Çinə səfər edib və orada bu ölkənin silahlı qüvvələrinin komandanlığı ilə görüşüb.
Turkustan.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, bu, son 10 il ərzində Britaniya ordusunun Qərargah rəisinin Çinə ilk səfəridir.
Radakinin Trampın Çinlə ticarət savaşı apardığı bir vaxtda Pekinə səfər etməsi diqqət çəkib.
“Biz razılaşdıq ki, qeyri-sabit dünyada bütün dünyada maraqları olan məsuliyyətli dövlətlər kimi öz rolumuzu oynamalıyıq və birbaşa hərbi-hərbi əlaqələrin vacibliyini müzakirə etdik”, - admiralın özü X şəbəkəsində yazıb. /axar.az/