Putin İrəvanla bağlı hərəkətə keçdi: Kiriyenka işə başladı


Bu yaxınlara qədər Ermənistana Rusiya Federasiyası Prezidentinin Administrasiya rəhbərinin müavini Dmitri Kozak rəhbərlik edirdi. Lakin təxminən bir ay əvvəl Vladimir Putin onu PA rəhbərinin birinci müavini, keçmiş baş nazir Sergey Kiriyenko ilə əvəzləyib. O, Ermənistandan başqa, Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərinə də cavabdehdir.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, bu təyinat Kremlin Ermənistana artan diqqətindən xəbər verir:

“Kiriyenko administrasiyada əsas vəzifələrdən birini tutur. Mövcud məlumatlara görə, Kiriyenko artıq bir sıra erməni siyasətçi ilə danışıqlar aparıb, hətta bəzilərini Kremldə qəbul edib. Bundan əlavə, təsdiqlənməmiş məlumata görə, Ermənistanın eks-prezidenti Robert Köçəryan onunla Moskvada görüşüb.

Köçəryanın ofisi ənənəvi olaraq şərh verməkdən çəkinir”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ