İsrail Kəşfiyyat Xidməti Mossad-ın Onlayn Əməliyyatlar Mərkəzində işlədiyi təsbit edilən 7 müttəhimin məhkəməsində qərar çıxarılıb.
Turkustan.az xəbər verir ki, hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin davam etdirilməsinə qərar verilib. Dörd müttəhim məhkəmə zalında həbs edilib
İstanbul 23-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər Cem Özcan, Özkan Arıcan, Füzuli Şimşək, Dila Sultan Şimşək və Nejdet Majoli və vəkilləri iştirak edib.
İşi yekunlaşdıracağını açıqlayan məhkəmə heyəti müttəhimlərdən son sözlərini istəyib.
Bütün təqsirləndirilən şəxslər bəraət hökmü çıxarılmasını istəyiblər.
Məhkəmə müttəhim Ahmet Ersin Tumlucalıya "məxfi qalması vacib olan məlumatları dövlətin təhlükəsizliyi və ya daxili və ya xarici siyasi mənfəətlər üçün, siyasi və ya hərbi casusluq məqsədi ilə əldə etmək" ittihamı ilə 18 il 9 ay həbs cəzasına məhkum edib.
Aytən Yaşar/ Turkustan.az