Köçəryan Moskvaya gedib: Putinin nümayəndəsi ilə görüşüb


Bu yaxınlara qədər Putinin administrasiyası rəhbərinin müavini Dmitri Kozak Rusiya prezident administrasiyasında Ermənistan üzrə kurator olub, lakin təxminən bir ay əvvəl onu Rusiyanın keçmiş baş naziri Sergey Kiriyenko əvəzləyib.

O, həm də Abxaziya, Cənubi Osetiya və Moldovanı da koordinasiya edir.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

"Bu, onu göstərir ki, Ermənistan Kreml üçün mühüm sahəyə çevrilib və bu sahəyə daha nüfuzlu məmur təyin olunur. Putin Kiriyenkoya güvənir, o, Kremldə çox məsuliyyətli və mühüm rol oynayır. Bu ay ərzində Kiriyenko vəziyyətlə tanış olur. Bu müddət ərzində o, bəzi erməni xadimləri ilə əlaqə saxlayıb, hətta bəziləri ilə əlaqə saxlayıb, hətta bəziləri haqqında Kremldən məlumat alıb. Məlumta görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryan Moskvaya gedib və Kiriyenko ilə görüşüb”, - nəşr qeyd edir. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ