Ağ Ev Trampın Türkiyəyə səfəri ilə bağlı açıqlama yaydı


Ağ Ev sözçüsü Karoline Leavitt, ABŞ prezidenti Donald Trampın may ayında Yaxın Şərqə səfəri zamanı Türkiyəyə səfər edib etməyəcəyi ilə bağlı, bu səfər çərçivəsində başqa ölkələr də ola bilər, deyib.

Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində ABŞ prezidenti Trampın gələn ay Yaxın Şərqə səfəri ilə bağlı gündəliyi müzakirə edib.

Leavitt: "Tramp və Ərdoğan görüşünün harada olacağı barədə dəqiq məlumat yoxdur. Hazırda prezidentin xaricə səfəri ilə bağlı Səudiyyə Ərəbistanına gedəcəyini deməkdən başqa heç bir təfərrüatım yoxdur. Amma bu səfər çərçivəsində başqa ölkələr də ola bilər"- deyə o, suala cavab verib.

ABŞ sözçüsü Ağ Evdən Türkiyəni Yaxın Şərq səfərinə əlavə etməyi düşünüb-düşünmədiyini soruşduqda, hazırda bunun üzərində işləyirik və bu səfərin təfərrüatlarını ən qısa zamanda paylaşacağıq. Səfərin təfərrüatları təsdiqləndikdən sonra hamınızı məlumatlandıracağam, deyib.

Bildirək ki, ABŞ prezidenti Trampın may ayında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930