Cənubi Koreya: İmpiçment elan edilmiş prezident iqamətgahı tərk etdi


Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsindən sonra prezident vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeolun rəsmi iqamətgahını tərk etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Seulda yerləşən Yonhap xəbər agentliyinin məlumatına görə, Yoon rəsmi iqamətgahını tərk edərək paytaxtın cənubundakı Acrovista kompleksindəki şəxsi iqamətgahına köçüb.

İqamətgahı tərk edərkən həyat yoldaşı Kim Keon Hee və 10-dan çox ev heyvanı ilə müşayiət olunan Yoon yazılı açıqlamada "Rəsmi iqamətgahı tərk edirəm. Hər şeyə görə həqiqətən minnətdaram" deyib.

İctimai xidmətə vurğu edən Yoon: "Mən indi adi bir vətəndaş kimi həyata qayıdacağam və millətimizə və xalqımıza xidmət etmək üçün yeni bir yol axtaracağam"-deyə, bildirib.

Yerli medianın məlumatına görə, Yoonun tərəfdarları və əleyhdarları onun şəxsi iqamətgahının yaxınlığında toplaşaraq aksiyalar keçiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ