ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsini tez bir zamanda bitirmək üçün başladığı diplomatiyanı davam etdirir.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti "Sosial Həqiqət" sosial media platformasında: "Rusiya hərəkətə keçməlidir. Çoxlu insan ölür. Bu mənasız və dəhşətli müharibədə hər həftə minlərlə insan ölür. Bu müharibə heç vaxt olmamalı idi və mən prezident olsaydım belə olmazdı"- deyə açıqlama verib.
ABŞ prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa səfər edib.
İkili arasında görüş Türkiyə vaxtı ilə saat 17:00 radələrində başlayıb. Mətbuatla paylaşılan görüntülərdə Putinin Witkoffu qarşıladığı görülüb.
Aytən Yaşar/ Turkustan.az