“Həşdi-Şabi” qüvvələri tezliklə silahlarını təhvil verəcək və İraq ordusuna inteqrasiya edəcək.
Turkustan.az xəbər verir ki, bunu İraqda İrana bağlı “Həşdi-Şabi” silahlı qruplaşmasının rəhbəri Faleh əl-Fəyyaz deyib.
Başçılıq etdiyi qüvvələrin bundan əvvəl İŞİD-ə qarşı mübarizə apardığını söyləyən Fəyyaz bu mərhələnin bitdiyini və qüvvələrin İraq ordusunun tərkibinə qatılmasının vacibliyini bildirib.
Məlumata görə, İraq Nazirlər Şurası “Həşdi-Şabi”nin inteqrasiyası haqqında qanunu imzalayıb və hazırda parlamentin təsdiqini gözləyir.
Qeyd edək ki, İrana bağlı silahlı qruplaşmaların ləğvi ABŞ-ın İran qarşısında irəli sürdüyü əsas şərtlərdən biridir./axar.az